Əsir düşmüş hərbçilərin ailə üzvlərinə müavinətlərin verilməsi qaydası müəyyənləşir

Azərbaycanda əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə müavinətlərin verilməsi qaydası müəyyən edilir.

Trend-in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş pul və ya digər təminatlar, onlar azad (aşkar) edilənədək və ya onların hərbi andı pozaraq Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək ödəniləcək.

SHARE THIS STORY

FacebookTelegramTwitter