VAKANSİYA

"Azərbaycan Sənaye Bankı" işçi axtarır - VAKANSİYA
11 OKTYABR
1341

"Azərbaycan Sənaye Bankı" işçi axtarır - VAKANSİYA

2019-10-11 18:32:00

"Azərbaycan Sənaye Bankı" Kart Əməliyyatları və Sistem İnkişafı Departamentinin Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi axtarır.

Əsas tələblər:

• Ali təhsil (iqtisadi və/və ya texniki sahə üzrə);
• Analitik düşünmə, iş planlama qabiliyyəti;
• Ödəniş kartları sahəsində min. 3 il təcrübə;
• Visa və MasterCard ödəmə sistemləri üzrə sertifikatları olanlara üstünlük verilir;
• Kart əməliyyatları (front office-back office) haqqında biliklərin olması;
• SOAP UI və ya digər web servis proqramları haqqında biliklərin olması;
• MS SQL biliyi olanlara üstünlük verilir;
• MS Office (xüsusi ilə Excel bacarıqları);
• İngilis və rus dili bilənlərə üstünlük verilir;
• Stress altında işləmə bacarığı.

Vəzifə və öhdəliklər:

• Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasını təşkil etmək və aktiv olaraq iştrak etmək;
• Plastik kartlarla əlaqədar əməliyyatları və müxabirləşmələri gündəlik yoxlayıb təsdiqlərini aparmaq;
• Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır vəvə ya həmin hesabatların hazırlanmasını təmin edir;
• Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak etmək;
• Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurmaq;
• Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq;
• Bank ödəmə sistemi proseslərinin (Visa, Master, Milli Kart və BKM) üzrə müxabirləşmələri, kart proqramı və əsas bank proqramında icra etmək;
• Ödəmə sistemi prosesləri (Visa, Master, Milli Kart və BKM) ilə əlaqədar Beynəlxalq təlimlər haqqında məlumatı toplamaq və rəhbərliyə məlumat vermək və təlim təqviminə nəzarət etmək;
• İnternet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərinə nəzarət etmək;
• İnternet və Mobil Bankçılıq proseslərinin tarif və qaydalara uyğun olaraq işləməsini təmin etmək;
• Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşməni icra etmək və yoxlamaq;
• Visa və MasterCardın portallarını təqib etmək, çıxan yenilikləri tətbiq etmək;
• Kart proqramında mühasibatlıq düzəlişlərini icra etmək;
• POS müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra etmək;
• Filiallardan gələn tələblər əsasında plastik kartları sistemdə yaratmaq.

Əlavə məlumat:

- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər;
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Əməliyyatları Şöbəsinin aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur;
- CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır