VAKANSİYA

“Azərikard” işçi axtarılır - VAKANSİYA
04 OKTYABR
1478

“Azərikard” işçi axtarılır - VAKANSİYA

2019-10-04 14:41:00

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis

Tələblər:

• Ali təhsil
• İnformasiya təhlükəsizliyi və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi
• Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair dərin biliklər
• Kompüter şəbəkələrinin, TCP/IP modelin dərin bilikləri
• Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları haqqında biliklərin olması
• Windows Server/Linux əməliyyat sistemlərdə sərbəst işləmə bacarığı
• AD,DNS,GPO,File Server, Korporativ Antivirus ilə iş təcrübəsi
• Mail/WEB Security Gateway, Web Application Firewall, Vulnerability Management, SIEM, DLP, IDS/IPS sistemlərin işləmə prinsipi haqqında bilikləri (iş təcrübəsi arzu olunandır)
• Şəbəkə və İnformasiya Təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir
• Məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik
• Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi

Vəzifə öhdəlikləri:

• Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərin boşluqların təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması
• Əməkdaşların məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi
• İnformasiya təhlükəsizliyi sistemlərin monitorinqi və mühafizə tədbirlərinə nəzarəti (Mail/WEB Security Gateway, Web Application Firewall, Vulnerability Management, SIEM, DLP, IDS/IPS və s.)
• Kriptoqrafik qurğulara(HSM), açarlara və sertifikatlarla dair işin aparılması və ona nəzarət
• İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasınına dair yoxlamaların həyata keçirilməsi;
• İnformasiya təhlükəsizliyi ilə əlaqədar insidentlərin araşdırılmasında iştirak etmək;
• Əməkdaşların tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək.

Namizədlərdən CV-lərini “İTSEC üzrə Baş mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır