VAKANSİYA

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır - VAKANSİYA
30 SENTYABR
1449

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır - VAKANSİYA

2019-09-30 16:59:00

Azərbaycan Beynəlxalq Bankı” Telemarketinq qrup rəhbəri vakansiyasını açıq elan edir. Bu yeni komandanın yaranmasında iştirak etmək üçün nadir bir fürsətdir.

Davamlı fərdi və peşəkar inkişafa can atan, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

Görəcəyiniz işlər:

-  Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması

-  Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmiləşdirilməsi

-  Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi

-  İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması

-  Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak

-  Bankın başqa departamentləri ilə müntəzəm şəkildə əlaqənin saxlanılması

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

-  Adekvat əmək haqqı və bonus sistemi

-  Rahat iş şəraiti

-  Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

-  Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

-  Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan

-  Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan

-  Münaqişələrə  kreativ həll yolu tapan

-  Analitik bacarığı olan

-  Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən

-  Güclü kommunikativ qabiliyyətə sahib olan

-  Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə [email protected] elektron ünvanına 30.10.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq qrup rəhbəri")

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır