VAKANSİYA

“Bizim Market” işçi axtarır - VAKANSİYA
30 SENTYABR
1451

“Bizim Market” işçi axtarır - VAKANSİYA

2019-09-30 12:38:00

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını  artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Kateqoriya meneceri(qeyri qida sahəsi üzrə)

Tələblər

• Ali təhsilli (Marketinq sahəsində) olmalı; Yaş 25-35
• Müvafiq sahədə ən azı 1 il iş təcrübə;
• Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili arzu olunandır
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

• İradəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək,                                                                                                                    
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;

İş şəraiti

5 günlük iş həftəsi

Əmək haqqı razılaşma yolu ilə                                                                                                                                                       Nahar Şirkət tərəfindən verilir

Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya meneceri(qeyri qida sahəsi üzrə)” mövzusu ilə [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır