VAKANSİYA

Bank “BTB” işçi axtarır - VAKANSİYA
11 SENTYABR
1209

Bank “BTB” işçi axtarır - VAKANSİYA

2019-09-11 15:19:00

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC Kredit departamentinə Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən Filiallarının Mikrokreditlər şöbəsinə ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və komandamıza yeni güc qata biləcək namizədləri “Mikrokreditlər şöbəsinin kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” vakansiyaları üzrə işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Mikrokreditlər şöbəsinin kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vəzifələri üzrə namizədlərə tələblər:

• Ali təhsil (iqtisadi, riyazi);
• Ünsiyyət qurma bacarığı;
• Analitik qabiliyyət;
• Nəticəyə yönümlülük;
• Komandada işləmək bacarığı;

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
• Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
• Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər şöbəsinin kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır