VAKANSİYA

"Sumgait Technologies Park" işçi axtarır - VAKANSİYA
15 AVQUST
867

"Sumgait Technologies Park" işçi axtarır - VAKANSİYA

2019-08-15 16:53:00

"Sumgait Technologies Park" Mülki müdafiə qərargahı, Yanğınsöndürən vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Yanğınsöndürən yanğınların qarşısını alır, onlara qarşı mübarizə aparır, yanğının söndürülməsinə səy göstərir, lazım gəldikdə müəssisə əməkdaşlarını və maddi dəyərləri xilas edir; 
• Müəssisədə müxtəlif səbəblərdən törənmiş yanğınlara qarşı xüsusi avadanlıqdan istifadə edilməklə mübarizə aparır;
• Yanğın baş verdikdə və ya bədbəxt hadisələr zamanı zərərli maddələrin yayılmasının qarşısının alınmasında və məhdudlaşdırılmasında iştirak edir;
• Lazım gəldikdə yanğınsöndürən nəqliyyatı idarə edir;

Təhsil/Təcrübə:

• Orta təhsil;
• Analoji sahədə ən azı 10 il iş təcrübəsi;
• FHN Dövlət Yanğından Mühafizə xidmət tərəfindən verilmiş yanğınsöndürmə avtomobillərini idarə edilməsi üçün şəhadətnaməyə malik olmalı;
• Yanğın texniki silah və qəza- xilasetmə avadanlıqları ilə iş üsullarını mükəmməl şəkildə tanımalı və işində tətbiq edə bilməli;
• Yanğınların söndürülməsi taktikasını və təbii fəlakət (yanğın, qəza) zamanı döyüş hərəkətlərinin aparılmasının əsasları bilməli.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mülki müdafiə qərargahı, Yanğınsöndürən” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır