VAKANSİYA

BankBTB - Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işçi axtarır
14 AVQUST
304

BankBTB - Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işçi axtarır

2019-08-14 14:17:00

BankBTB - Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işçi axtarır.

İş barədə məlumat

  • Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və  əsas proseslərin yararlılığını və  bütövlüyünü  yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;
  • Gündəlik backup əməliyyatları həyata keçirmək;
  • LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;
  • Sistemin səmərəli işləməsini təmin etmək
  • Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;
  • İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;
  • Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;
  • Şəbəkə və sistem təhlükəsizliyini qorumaq
  • Problemləri təhlil və təcrid etmək;
  • İstifadəçilərin yararlandığı şəbəkənin əlçətanlığı və təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqin həyata keçirilməsi;
  • Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;
  • Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;
  • Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;
  • Şəbəkələri dizayn etmək və genişləndirmək;
  • Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;
  • Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
  • Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;
  • Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;
  • Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.

Namizədə tələblər

  • Ali təhsil;
  • Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
  • LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
  • Tətbiqi proqramlar üzrə biliklər;
  • Komandada və fərdi işləmək qabiliyyəti;
  • Tez və düzgün qərar vermək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  31 Avqust, 2019-cu iltarixinədək [email protected]elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İnformasiya Texnologiyaları Departamenti

Bakı / (012) 4997995 / [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır