VAKANSİYA

BankBTB - Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi axtarır
14 AVQUST
239

BankBTB - Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi axtarır

2019-08-14 14:13:00

BankBTB - Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi  axtarır.

İş barədə məlumat

  1.      Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  2.      Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
  3.      Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  4.      Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  5.      Büdcənin tərtibi və onun icrası;
  6.      Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
  7.      Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
  8.      Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.

Namizədə tələblər

  • İqtisadi sahədə ali təhsil;
  • Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
  • Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
  • Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
  • MS Excel programı üzrə mükəmməl biliklər;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • İFRS üzrə  əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
  • İngilis dili arzu olunandır.

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)31.08.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi)göstərməyiniz xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır