VAKANSİYA

"PASHA Bank" işçi axtarır - VAKANSİYA
09 AVQUST
1533

"PASHA Bank" işçi axtarır - VAKANSİYA

2019-08-09 13:51:00

"PASHA Bank" Kreditlərin Bərpası üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifənin məqsədi

Qeyri-işlək kreditlərin restrukturizasiya və bərpası üzrə cavabdehlik, gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icra olunması.

Vəzifə öhdəlikləri

Problemli kreditlərlə iş üzrə metodologiya və prosedurların hazırlanması

• Erkən və sonrakı bərpa (bütün seqmentlər üzrə)
• Problemli kreditlərin idarə olunması 
• Problemli kreditlərin restrukturizasiyası
• Problemli kreditlərin bərpası
• Kollektor şirkətləri ilə əməkdaşlıq

Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının verilməsi (KOS və Fərdi kreditlər seqmenti üzrə)

Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrası

• Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə)
• Müştərilərin davranışlarına nəzarət etmək və onları təhlil etmək 
• Problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi
• Problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqi.
• Məhkəmədən kənar təminatların hərraca çıxarılması, potensial alıcıların müəyyənləşdirilməsi, təminatların qismən satılması 
• Problemli kreditlərin üçüncü tərəfə satılması

İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi
Bərpa üçün həll yollarının müəyyənləşdirilməsi və icrası

İnvestorla əlaqələrin yaradılması, investisiya memorandumlarının hazırlanması və aktivlərin satışının təşkili
Şöbənin fəaliyyətinin nəticələri barədə şöbənin Baş mütəxəssisinə, Şöbə rəhbərinə və digər səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.)

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi 
• Xarici dil: İngilis dili (əla), Rus (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Bank xidmətləri və məhsulları üzrə bilik
• Bazar üzrə biliklər: Kredit məhsulları, B2B satış, Əmlak bazarları 
• Başqa tələblər: Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları
• Texniki biliklər: Məlumatların təhlili, Proqnozların təhlili

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kreditlərin Bərpası üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır