VAKANSİYA

"Bank Respublika" işçi axtarır – VAKANSİYA
01 AVQUST
1121

"Bank Respublika" işçi axtarır – VAKANSİYA

2019-08-01 14:50:00

Bank Respublika ASC “Android Developer” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •          Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  •          Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  •          Ali təhsil (aidiyyatı sahə üzrə);
  •          Android SDK platforması və Java proqramlaşdırma dili üzrə biliklər;
  •          RESTful APİ və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
  •          Android Studio və Gradle bilikləri;
  •          GİT ilə sərbəst işləmə bacarığı;
  •          Kotlin bilikləri arzuolunandır;
  •          JavaScript, TypeScript, Angular, HTLM, CSS bilikləri arzuolunandır.
  •          Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  •          Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  •         Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  •         Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  •         Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  •         Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  •         Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 avqust 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Android Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır