VAKANSİYA

"Bank Respublika" işçi axtarır – VAKANSİYA
31 İYUL
939

"Bank Respublika" işçi axtarır – VAKANSİYA

2019-07-31 21:00:00

Bank Respublika ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “Web developer” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •          Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  •          İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  •          Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  •          Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  •          Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

  •          Ali təhsil (aidiyyatı sahə üzrə);
  •          PHP bilikləri yüksək səviyyədə;
  •          SQL, JavaScript, HTML, CSS üzrə biliklər orta səviyyədə;
  •          Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
  •          Texniki-riyazi düşünmə bacarığı;
  •          Yeni texnologiyalara yiyələnmək həvəsi;
  •          Məsuliyyətlilik, dəqiqlik, operativlik;
  •          Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  •          Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  •          Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  •          Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  •          Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  •          Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Web developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır