VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA
31 İYUL
1374

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA

2019-07-31 12:51:00

“Ziraat Bank Azərbaycan” ASC Satış və Marketing Qrupuna Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi/maliyyə təhsili; 
• Yaşı – 25-35 arası;
• Məhsulların inkişaf etdirilməsi və idarəçiliyi sahəsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
• Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
• Türk, İngilis və Rus dil bilikləri müsbət qarşılanır;
• Kompüter bilikləri (MS Office, Internet, ); 
• İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

Əsas vəzifələr:

• Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
• Planlaşdırılmış və bütün proyektləri idarə etmək;
• Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilmə, satış və marketinqini həyata keçirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Avqust ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Satış və Marketinq” qeyd etməyiniz vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257