VAKANSİYA

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA
30 İYUL
1748

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

2019-07-30 09:51:00

“ABB” ASC  Referent – katib  vakansiyası elan edir.

 Vəzifə öhdəlikləri:

- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;

- Gələnlərin qeydiyyatını aparmaq;

-  Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək

-  Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;

- Daxil olan zəngləri cavablandırmaq;

-  Daxil olan müraciətləri qeydə almaq;

-  Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilmək.

Davranış səriştələri:

-  Komandada işləmə qabiliyyəti.

-  Peşəkar, məsuliyyətli, diqqətli olmaq.

Vakant vəzifə üzrə tələblər:

- Ali təhsil.

-  Azərbaycan, rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədə bilməsi.

-  Kompüterdə iş bacarığı – MS Office proqramları

-  Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləmək və yüksək səviyyədə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Referent - katib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır