VAKANSİYA

«Atəşgah» Sığorta işçi axtarır – VAKANSİYA
23 İYUL
1593

«Atəşgah» Sığorta işçi axtarır – VAKANSİYA

2019-07-23 17:09:00

«Atəşgah» Sığorta Şirkəti Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə tələblər

  •        Yaş: 21-35
  •        Təhsil: Ali
  •        Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla) mütləqdir,ingilis dili (intermediate)
  •        Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  •        Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  •        Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  •        Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  •        Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  •        Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vəzifələri:

  •        Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
  •        Müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
  •        Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  •        Potensial müştərilərin axtarışını həyata keçirmək
  •        Potensial müştərilər bazasını tərtib etmək

İş şərtləri

  •        Əmək müqaviləsi bağlanılır
  •        İş vaxtı 09:00 - 18:00
  •        İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  •        Sabit əmək haqqı sınaq müddətində 400 AZN
  •        Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

  •        Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  •        CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  •        CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  •        Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  •        İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  •        Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  •        CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  •        İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected]- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır