VAKANSİYA

"Sumgait Technologies Park" işçi axtarır – VAKANSİYA
17 İYUL
1552

"Sumgait Technologies Park" işçi axtarır – VAKANSİYA

2019-07-17 21:00:00

Sumqayıt Texnologiyalar Parkı Rəngsaz vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

• Rəngsaz rəngin (boyanın) tərkib hissələrindən və əsas texnologiyalarından anlayışı olmalı;
• Bir və iki komponentli sənaye boyaları ilə işləmə bacarığı;
• Boyanın tətbiq üsullarını bilməli (fırça, rolik, havalı və havasız sprey);
• Havalı və ənənəvi sprey ilə boya tətbiqində müvafiq saplo və təzyiq prosedurunu bilməli;
• Boya pompasının iş prinsipini tam bilməli;
• Boya tətbiq edərkən yaş qalınlığın ölçmə bacarığı;
• Boya tətbiq edərkən təhlükəsizlik qaydalarını bilməli.

Təhsil/Təcrübə: 

• Ali texniki təhsil arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərində sənədləşdirmə səviyyədə bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Rəngsaz” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. 
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır