VAKANSİYA

"SAB" şirkəti işçi axtarır - VAKANSİYA
05 İYUL
2150

"SAB" şirkəti işçi axtarır - VAKANSİYA

2019-07-05 16:57:00

"SAB" şirkəti Mühasib vəzifəsinə işçi axtarır.

Əsas vəzifə və öhdəlikləri

∙ Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsində iştirak etmək;
∙ Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi; 
∙ Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

Tələblər olunan keyfiyyətlər

∙ Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
∙ Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
∙ Mühasibatlıq üzrə 2 il  iş təcrübəsi;
∙ Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
∙ İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şəraiti:

∙ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
∙ İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 17:00-dək,istirahət günləri şənbə və bazar
∙ Şirkət hesabına nahar
∙ Əmək haqqı 500-700 AZN ( İşçinin potensialından, iş stajından asılı olaraq ə/h yüksələ bilər).

Maraqlanan şəxslər öz CV-lərini [email protected]  [email protected]  e-mail ünvanlarına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269