VAKANSİYA

"Nurgun Holding" işçi axtarır - VAKANSİYA
25 İYUN
1985

"Nurgun Holding" işçi axtarır - VAKANSİYA

2019-06-25 17:24:00

"Nurgun Holding" Təftiş üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Əmək haqqı 500-600 AZN

İş barədə:

• Mağazalarda və anbarda yoxlamaların, mal (qida və qeyri qida məhsulları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
• Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
• İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;
• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat);
• Sahə üzrə 2-3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi;
• Yaş həddi 24-30;
• MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
• Yazılı hesabat tərtib etmək təcrübəsi;
• Yüksək təhlil qabiliyyəti;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• Pərakəndə satış şirkətində iş təcrübəsi olanlara üstünlük verilir;
• İşlə bağlı ölkə daxilində ezamiyyəyə getməyə hazır olmaq.

Qeyd: Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Təftiş üzrə mütəxəssis" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027