VAKANSİYA

"Bank Respublika" işçi axtarır - VAKANSİYA
04 İYUN
2217

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

2019-06-04 16:39:00

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə “SQL Developer” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
• Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Namizədə qarşı tələblər:

• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili texniki;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 iyun 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SQL Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269