VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA
23 MAY
1848

"AccessBank" işçi axtarır - VAKANSİYA

2019-05-23 18:59:00

 AccessBank Tikinti mühəndisi vəzifəsinə işçi axtarır.

 İnşaat işlərinin aparılması, tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi texnologiyalarını bilmək;
 İnşaat işlərində tətbiq olunan müasir prinsipləri, texnologiya və materialları bilmək;
 Tikinti-quraşdırma işlərini tənzimləyən standartları, inşaat sahəsində qanunvericilik bazasını bilmək;
 İnşaat sahəsində sənəd dövriyyəsi, layihə-smeta sənədlərinin rəsmiləşdirilməsi qaydalarını bilmək;
 Çertyojları, layihə-smeta sənədlərini oxumağı bacarmaq
 İxtisaslaşdırılmış MS Office, AutoCAD, ArchiCAD proqramlarından istifadə etməyi bacarmaq.
 Bu sahədə 3-5 illik iş təcrübəsi
 Əvvəlki iş yerlərindən xasiyyətnamə.
 İnşaatçı ixtisası üzrə ali təhsil.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır