VAKANSİYA

"Gilan Holding" işçi axtarır - VAKANSİYA
23 MAY
4658

"Gilan Holding" işçi axtarır - VAKANSİYA

2019-05-23 19:50:00

"Gilan Holding" Təchizat üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.

“Evimiz Mağazası”

Tələb olunan keyfiyyətlər:

• Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
• Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlılıq kimi bacarıqlar;
• Müvafiq sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
• Satınalma üzrə Azərbaycan Respublikasının qanununun tələbləri üzrə biliklər.
•  Azərbaycan dilini səlis bilməli və yüksək sıviyyədə rus dili biliyi arzuolunandır;

İşin funksiyaları:

• Satınalmalar üçün qiymət parametrlərini və büdcəni müəyyənləşdirmək;
• Təchizatçılar / tədarükçülər ilə yaxşı münasibətlər yaratmaq;
• Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmət və işlərlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırmaları aparmaq;
• Bağlanılması nəzərdə tutulan müqavilələr üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak etmək;
• Təchiz olunmuş malların qeydiyyatını aparmaq və növbəti il üçün plan hazırlamaq;
• Tender proseslərinin icrası, təlimat və prosedur yazma, təqdimat, hesabat qabiliyyəti, qiymət araşdırması və müqayisəli təhlil aparmaq;
• Məhsulların yüksək keyfiyyətə malik olmasını təmin etmək;
• Sürətli mühitdə peşəkar qərarlar qəbul etmək.

Qeyd olunan tələblərə uyğun olan namizədlər  aşağıdakı keçiddən istifadə edə bilərlər

https://careers.gilanholding.com/v/5014

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264