VAKANSİYA

"PASHA Life" işçi axtarır - VAKANSİYA
17 MAY
2431

"PASHA Life" işçi axtarır - VAKANSİYA

2019-05-17 20:17:00

PASHA Life içşi axtarır.

Struktur bölmə: Maliyyə departamenti,İnzibati işlər şöbəsi
Vəzifə: Əməyin mühafizəsi üzrə mühəndis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30 may 2019

Vəzifə Öhdəlikləri:

1. Müəssisədə əməyin mühafizəsi işinin təşkil etmək və əlaqələndirmək 
2. Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək 
3. Şirkətdə bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsini təşkil etmək 
4. İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək 
5. İşçilərin əməyin mühafizəsinə dair təlimatlarını işləyib hazırlamaq və tətbiq etmək 
6. Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatı keçmək. 
7. İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək 
8. Təlimat jurnallarının imzalanmasına nəzarət etmək 
9. Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq və icrasına nəzarət etmək 
10. İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət etmək 
11. Daxili qrafikə uyğun, şirkətdə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq 
12. Tələb olunan peşə sahiblərinə tibbi müayinələr təşkil etmək və nəzarət etmək 
13. Obyektin təmiri, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək 
14. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək. 
15. Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək 
16. İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması işinə nəzarət etmək 
17. İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək 
18. Gün ərzində şirkət binasına baxış keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq; 
19. İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşmaqla əməyin mühafizəsi vəziyyətinin yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb etmək; 
20. Rəhbərinin tapşırığı ilə əməyin mühafizəsi məsələləri müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək. 
21. Baş ofisdə, yeməkxanada sanitar gigiyena qaydalarına nəzarət etmək 
22. Aylıq və illik hesabatlar hazırlamaq və tabe olduğu şəxsə təqdim etmək

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: istənilən ixtisas üzrə ali təhsil və SƏTƏM üzrə təlimlərdə iştirak tələb edilir
Dil bilikləri: Azərbaycan dilini əla, İngilis və rus dillərini yaxşı səviyyədə bilməlidir. 
Üstünlüklər: Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə beynəlxalq sertifikatların olması (IOSH, NEBOSH, OHSAS 18001:2007, COSHH və s) üstünlük hesab edilir.
Kompüter bilikləri: MS Office
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, keyfiyyət yönümlülük.

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Əməyin mühafizəsi üzrə mühəndis” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264