VAKANSİYA

"Zayam Technologies Park" işçi axtarır - VAKANSİYA
15 MAY
2197

"Zayam Technologies Park" işçi axtarır - VAKANSİYA

2019-05-15 19:52:00

"Zayam Technologies Park" OJSC Maliyyə Müdiri (Şəmkir) vəzifəsinə işçi axtarır.

Şirkətin adı:  “Zəyəm Texnologiyalar Parkı”ASC
Vakansiya:  Maliyyə Müdiri 
İş yeri:  Azərbaycan, Şəmkir rayonu, Zəyəm qəsəbəsi
Əmək haqqı : Razılaşma yolu ilə

İş şəraiti

5 günlük iş həftəsi, bazar ertəsi-cümə günü: saat 08:00-17:00
Nahar fasiləsi: 12:00 - 13:00
Nahar müəssisə tərəfindən təmin edilir.

İşin Təsviri

• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
• Operativ maliyyə məlumatlarının təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
• 1C proqramında Mühasibatlıq bazasının yığılmasının təşkili;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkil edir;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını tərtib edir;
• Müəssisənin aylıq və illik maliyyə büdcəsinin tərtibi və büdcə üzrə gəlir və xərclərə nəzarəti həyata keçirir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin edir;
• Vergilər üzrə hesabatların tərtib və təqdim edilməsini təmin edir;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir;

Bilməlidir

• Mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesabatlarının forma və qaydalarını;
• Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
• Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
• Debitor və kreditorlarla hesablaşma qaydalarını;
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
• Yoxlanış və sənədli təftişin qaydalarını;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

• Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
• 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
• Müvafiq sahədə minimum 5 (beş) il iş təcrübəsi;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı;

Müraciət üçün son tarix: 31 May 2019

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını (Maliyyə Müdiri) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027