VAKANSİYA

PAŞA Bank işçi axtarır - VAKANSİYA
14 MAY
1932

PAŞA Bank işçi axtarır - VAKANSİYA

2019-05-14 17:09:00

Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis

Azərbaycanın ən böyük korporativ bankı olan PAŞA Bank, Kredit Risklərinin İdarə Edilməsi  üzrə Mütəxəssis vəzifəsinə namizədlərin axtarışını elan edir.

Vəzifə öhdəlikləri

• KOS və “Təchizat zəncirinin maliyyələşdirilməsi” (SCF) kreditləri və KOS məhsullarının nəzərdən keçirilməsi və təsdiqlənməsi;
• KOS kredit risklərinin idarə edilməsi (KOS-ların kredit risk siyasəti və təlimatlarının hazırlanması və yoxlanılması, KOS proseslərin əvvəldən sona qədər  nəzərdən keçirilməsi, KOS üzrə reytinq modellərinə sahiblik)
• Kredit portfelinin stress testinin həyata keçirilməsi (stressed PD, LGD)
• Kreditin portfel səviyyəsində məlumatlarının təhlili, əsas risk faktorlarının (ƏRF) müəyyən edilməsi və onlara nəzarət etmək, həlli üçün lazımı tədbirlərin təklif edilməsi 
• Rəhbərlik, requlator və diqər kənar təşkilatlar üçün nəzərdə tutulmuş dövri risk hesabatların hazırlanması və yenilənməsi prosesində iştirak etmək 
• Kredit riski baxımından İFRS9-un tətbiqi (təsnifat və dəyərsizləşmə)

Tələb olunan bilik, bacarıq və təcrübə

• KOS kreditləri üzrə ən azı 2 il təcrübə
• KOS, SCF kreditləşdirmə haqqında biliklər
• Analitik düşünmə qabiliyyəti
• İFRS 9, xüsusən təsnifləşdirmə və dəyərsizləşmə üzrə biliklər
• Advanced Excel / SQL / R-modelləşdirmə / makro bacarıqları (arzuolunandır)
• Yaxşı danışıq və ünsiyyət bacarıqları;

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Kredit Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır