VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA
13 MAY
1845

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

2019-05-13 10:01:00

Kapital Bank namizədləri Korporativ xidmət bölməsi üzrə Aparıcı və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın xidmətləri və məhsulları haqqında müştərilərə müvafiq məlumatların təqdim edilməsi.
• Hüquqi şəxslərə bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması.
• Hüquqi şəxslərin milli və xarici valyutada odənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulu, yoxlanılması, icrası və ödənişlər üzrə hesabatların hazırlanması.
• Müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edilməsi.
• Müştərilərin müraciətlərinə əsasən çek kitabçaların verilməsi, kassa mədaxil-məxaric əməliyyatların aparılması.
• Xarici valyutanın alınıb-satılması ərizələrinin qəbulu, yoxlanılması, icrası.
• Bankın tariflərinə uyğun  olaraq komisyon haqlarının tutulması.   
• Hüquqi şəxslərin müştəri-bank sisteminə və əmək haqqı layihəsinə qoşulması və rəsmiləşdirilməsi.

Tələblər

• Ali təhsil
• Qarşılıqlı əlaqələri inkişaf etdirmək bacarığı
• Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] e-mail ünvanına mövzu hissəsində “Korporativ xidmət bölməsi üzrə Aparıcı və Baş mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263