VAKANSİYA

“Agro Dairy” işçi axtarır - VAKANSİYA
07 MAY
3423

“Agro Dairy” işçi axtarır - VAKANSİYA

2019-05-07 19:55:00

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC  “Taxıl kompleksinin supervayzeri” (SİLO) vəzifəsinə işə qəbul elan edir.

Vəzifələri:

1. Bölmənin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək.
2. Avadanlıqların saz saxlanılmasını təmin etmək.
3. Elektrik və qaz təchizat sistemlərini saz vəziyyətdə saxlamaq.
4. Anbarlarda taxılın qəbulunu həyata keçirmək.
5. Taxılın yüklənməsi-boşaldılması ilə bağlı fəaliyyətləri həyata keçirmək.
6. Anbarlarda quruducu avadanlıqların işini təmin etmək.
7. Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək.
8. Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək.
9. İstehsalın idarə edilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər:

1. Mühəndislik ilə bağlı ali təhsil.
2. Komputerdə sərbəst iş bacarığı. 
3. Müvafiq sahədə iş təcrübəsi (minimum 3 il).
4. İngilis dili bilənlərə üstünlük veriləcəkdir.

Əlavə Məlumatlar:

İş yeri – Samux

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Taxıl kompleksinin supervayzeri” şəklində göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271