VAKANSİYA

"Holcim" işçi axtarır - VAKANSİYA
06 MAY
3394

"Holcim" işçi axtarır - VAKANSİYA

2019-05-06 19:59:00

"Holcim" Köhnəlmiş İnventarların Satışı üzrə Nümayəndə vəzifəsinə işçi axtarır.
Şöbə:  Təchizat
İş vaxtı: Tam iş vaxtı
Müqavilə müddəti: 3-6 ay

Əsas öhdəlikləri və vəzifələri:

• Köhnəlmiş vəsaitlərin, avadanlıqların və ehtiyat hissələrinin satışı
• Mövcud və potensial hərraclarda xərc-fayda analizlərinin aparılması
• Məhsul nümayişləri və maşınların sınaqdan keçirilməsi
• Mövcud və potensial müştərilərə əsaslı arqumentləri istifadə etməklə məhsulların təşviq edilməsi və satılması
• Cədvəl çərçivəsində razılaşdırılmış satış məqsədləri və nəticələrin əldə olunması
• Komanda üzvləri və digər şöbələrlə satış səylərini əlaqələndirmək
• Gündəlik hesabatları, həftəlik iş planları kimi fəaliyyət və nəticələr barədə hesabat təqdim edərək rəhbərliyi məlumatlandırmaq

Tələb olunan keyfiyyətlər:

• Biznes, iqtisadiyyat üzrə bakalavr təhsili (texniki sahədə biliyə üstünlük verilir)
• Satış və ya satınalma sahəsində bilik və təcrübə
• Rəqabət və iş etikası
• MS Office və Google proqramları (MS Office, Gmail, Cədvəllər, Drive)
• SAP proqramı və E-hərrac vasitəsi ilə tanışlıq
• Yüksək motivasiya və məqsədyönlülük 
• Əla satış, əlaqə qurmaq və danışıq aparmaq bacarığı
• Prioritetləşdirmə, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları
• Dil bilikləri - Azeri (məcburi), rus (məcburi), ingilis (üstünlük verilir)

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Köhnəlmiş İnventarların Satışı üzrə Nümayəndə” yazmaqla aze-hr- [email protected] ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 17 may 2019-cu ildir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271