VAKANSİYA

ARAZ Supermarket vakansiya elan edir
05 MAY
2668

ARAZ Supermarket vakansiya elan edir

2019-05-05 20:05:00

ARAZ Supermarket MMC Hüquqşünas vakansiyası elan edir!

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 25 - 40 yaş  

İşin Təsviri:

Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi; 
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması; 
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi; 
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271