VAKANSİYA

"AFB Bank" vakansiya elan edir
19 APREL
1764

"AFB Bank" vakansiya elan edir

2019-04-19 17:04:00

AFB Bank “Qəbələ” Filialı üzrə Kassir vəzifəsinə vakansiya elan edir. 

Vəzifə: Kassir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti. 
 

İŞİN TƏSVİRİ:

• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialı üzrə Kassir” qeydi edərək [email protected]elektron ünvanına göndərməyini xahiş edirik.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271