VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
16 APREL
3394

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2019-04-16 16:12:00

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarını hazırlamaq, logistik xidmətlərin şirkətlərə aylar üzrə işlənib göndərilməsini həyata keçirmək.

Vəzifə öhdəlikləri:

- Şirkətin maliyyə hesabatlarının hazırlanması (aylıq, rüblük və illik) və rəhbərliyə təqdim edilməsi;
- Şirkətin rüblük və illik büdcəsinin hazırlanması və büdcəyə nəzarətin həyata keçirilməsi;
- Gəlirlərin və xərclərin analizinin aparılması, büdcə ilə uyğunluğunun müqayisə edilməsi;
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Gəlir və xərclərlə bağlı əməliyyətların mühasibat hesablar planına uyğun işlənilməsinə nəzarət etmək.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Maliyyə sahəsində biliklər;
- Yüksək səviyyədə MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- ERP (Logo) biliyi üstünlükdür.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

-  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-  Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Aparıcı mütəxəssis - Logistika” yazıb CV göndərməklə müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264