VAKANSİYA

"Bakcell" işçi axtarır - VAKANSİYA
12 APREL
3424

"Bakcell" işçi axtarır - VAKANSİYA

2019-04-12 18:51:00

"Bakcell" Səyyar satış üzrə agent vəzifəsinə işçi axtarır 

Vakansiya haqqında

İdarə : Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Səyyar satış nöqtələri
Son müraciət tarixi : 19.04.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Ölkənin müxtəlif, o cümlədən, ucqar yaşayış məntəqələrində yaşayan müştərilərə Bakcell tarif və məhsulları barədə məlumatlandırıcı kampaniyalar keçirmək 
* Müxtəlif kampaniyaların və promo aksiyaların keçirilməsində dəstək  göstərmək                                                                                         
* Müştərilərin ehtiyaclarını təhlil etmək və müvafiq təkliflər  irəli sürmək
* Rəhbərlik tərəfindən təyin olunmuş aylıq/rüblük səyyar satış hədəflərini yerinə yetirmək
* Müştərilərin sorğularını vaxtında cavablandırmaq
* Səyyar satış nöqtələrində Bakcell məhsullarının, cihazlar və aksesuarların satışını təmin etmək
* Satılan məhsulların şirkətin məlumat bazasında qeydiyyatını aparmaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali və ya orta ixtisas peşə məktəbi/kollec təhsili
* Səyyar satış kampaniyaları, qapıdan-qapıya satış və ya merçendayzinq üzrə ən azı 2 il iş təcrübəsi
* Müntəzəm şəkildə  ölkə daxili səfər etmə imkanı

Tələb olunan bacarıq və səriştəliklər

* Müştəriyönümlü 
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü                                                                        
* Ünsiyyət bacarığı                                                                                                                        
* Problemləri həll etmə bacarığı
* Ölkənin coğrafi yerləşməsi/marşrutlar haqqında geniş məlumatlı olmaq
* Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dili  biliyi üstünlük hesab olunur)
* MS Office  proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Səyyar satış üzrə agent’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265