VAKANSİYA

"Bakcell" işçi axtarır - VAKANSİYA
11 APREL
1821

"Bakcell" işçi axtarır - VAKANSİYA

2019-04-11 19:09:00

"Bakcell" Pərakəndə satış üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. 

Vakansiya haqqında

İdarə : Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 17.04.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
* Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
* Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
* Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
* Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
* Mobil satış kampaniyalarının genişləndirilməsi  məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
* Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək  
* Yeni dilerlərdən  bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək 
* Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
* Müvafiq bazar araşdırmaları aparmaq
* Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
* Müvafiq hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil 
* Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
* Detallara diqqət yetirmə qabiliyyəti
* Qərar qəbul etmə bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* Nəticə yönümlü
* Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dili biliyi
* MS Office Proqramlarını bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi   [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266