VAKANSİYA

"PASHA Life" işçi axtarır - VAKANSİYA
05 APREL
1284

"PASHA Life" işçi axtarır - VAKANSİYA

2019-04-05 12:54:00

"PASHA Life" Telesatış şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə işçi axtarır 

Struktur bölmə : Telesatış şöbəsi 
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  18 aprel 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Müştərilərə çıxış zənglərinin edilməsi və məhsulun prezentasiyası;
2. Təqdim olunmuş skriptlərə uyğun danışığın aparılması
3. Potensial müştərilərlə görüşün planlaşdırılması;
4. Şəxsi kabinet barədə ilkin məlumatın təqdim olunması;
5. Çarpaz satışların həyata keçirilməsi
6. Müştəri kontaktlarının yüksək konversiya faizinin əldə olunması
7. Müştəri bazasının genişləndirilməsi; 
8. Zənglərin nəticələrinin qeydiyyata alınması.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb olunmur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, təsir göstərmə, münasibət yaratma.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Telesatış şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266