VAKANSİYA

"AFB Bank" işçi axtarır - VAKANSİYA
06 MART
2735

"AFB Bank" işçi axtarır - VAKANSİYA

2019-03-06 09:57:00

AFB Bank İnsan Resursları Strukturunun meneceri vəzifəsinə vakansiya elan edir. 

Vəzifə: Menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  •          Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
  •          AR Əmək qanunvericiliyi bilikləri;
  •          İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  •          İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
  •          Elektron Hökumət Portalı, 1 C, HRM proqramı ilə işləmə bacarığı;
  •          MS Office proqramlarından istifadə bacarığı;
  •          Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
  •          Minumum 2 il Bank təcrübəsi olmaqla, müvafiq sahədə 4 ildən artıq iş təcrübəsi;
  •          İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  •          Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

  •          İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  •          İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  •          İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  •          İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  •          İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  •          Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  •          Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  •          Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  •          Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
  •          Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  •          Müntəzəm olaraq Bankın bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
  •          İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
  •          Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  •          Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  •          Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət; 
  •          İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  •          Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində İnsan resursları üzrə menecer qeydi edərək [email protected]elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269