VAKANSİYA

"AFB Bank" işçi axtarır - VAKANSİYA
04 MART
1689

"AFB Bank" işçi axtarır - VAKANSİYA

2019-03-04 17:23:00

AFB Bank Maliyyə Strukturunun Uçot üzrə meneceri vəzifəsinə vakansiya elan edir.

 Vəzifə: Menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri. 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  •          Mühasibat uçotu qanunvericiliyinə dair biliklər;
  •          Vergi qanunvericiliyinə dair biliklər;
  •          Korporativ idarəetmə standartlarına dair biliklər;
  •          Beynəlxalq Maliyyə Hesabatları Standartlarına dair biliklər;
  •          Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında biliklər;
  •          Ali iqtisadi və ya mühasibatlıq üzrə təhsilin olması;
  •          Müvafiq sahə üzrə ən az 2 il bank təcrübəsi;
  •          İdarəetmə və kollektivdə işləmək bacarığı;
  •          İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq.

İŞİN TƏSVİRİ:

  •          Bankdaxili əməliyyatların aparılmasına nəzarət etmək;
  •          Filialların gündəlik əməliyyatlarına nəzarət etmək və onların balansda düzgün əks etdirilməsini təmin etmək;
  •          Qanunvericiliyə uyğun olaraq vergi və rüsumların hesablanaraq köçürülməsinə nəzarət etmək;
  •          Bankın əsas vəsaitlərinin və qeyri-maddi aktivlərinin amortizasiyasının hesablanmasını təmin etmək;
  •          Bankın işçilərinə əmək haqqı və ona bərabər tutulmuş ödənişlərin hesablanmasını təmin etmək;
  •          Filialların gündəlik əməliyyatlarına nəzarət etmək və onların balansda düzgün əks etdirilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Uçot üzrə menecer qeydi edərək [email protected]elektron ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264