VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
17 FEVRAL
3591

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2019-02-17 22:59:00

"Veysəloğlu Şirkətlər QrupuAnbar məxaricinin sənədləşməsi mütəxəssisi (Uçotçu) vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 0-1 il
Təhsil: Ali təhsil

İşin Təsviri: Sənədlərin düzgünlüyünün təmin olunması və təhvil verilməsi.

Vəzifə öhdəlikləri:

- Gündəlik fakturanın qayıtma gününə əsasən sənədlərin sayında artıq, kəsr və təhvil verilməyən sənədlərin siyahısını hazırlamaq, rəhbərliyə və aidiyyəti şəxslərə hesabat formasında göndərmək; 
- Sifarişlərin fakturalarında və anbar sənədlərində yaranan problemlərlə bağlı müvafiq nəqliyyat strukturlarını məlumatlandırmaq və problem həll olunana qədər təqib etmək; 
- Lokal sifarişlərin fakturalarında yaranan problemlərlə bağlı aidiyyəti şəxslərlə danışıqlar aparmaq və sənədlərin gecikməsinin qarşısını almaq; 
- Gündəlik sifarişlərin sayına uyğun faktura kəsilib kəsilməməsini yoxlamaq, kəsilməyən və ya artıq kəsilən fakturalar olduğu halda zamanında problemi həll etmək; 
- Təhvil alınmış və kontrol edilmiş anbar sənədlərini vaxtında arxiv əməkdaşına təhvil vermək; 
- Şirkət mağazasına satış, birbaşa anbardan satış, şirkət yardımı, laboratoriya və marketinq tədbirləri üçün sifarişləri başlatmaq və fakturalayaraq fakturanı aidiyyəti şəxsə təhvil vermək;
- Kənar anbarlardan müraciət əsasında olan sifarişləri fakturalamaq və bu haqda anbar müdirini və aidiyyəti şəxsləri  məlumatlandırmaq;
- Anbarın sistem stokunun düzgünlüyünə nəzarət etmək.

Tələblər:

- Məsuliyyətli və diqqətli olmaq;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Anbar məxaricinin sənədləşməsi mütəxəssisi (Uçotçu)” yazaraq CV göndərməklə müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262