VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA
13 FEVRAL
2867

“PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

2019-02-13 15:19:00

PAŞA Sığorta” ASC namizədləri Mühasib-assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Bütün sığorta haqlarının mədaxillərini mühasibat proqramına daxil edilməsi, səhvən daxil olunmuş vəsaitlərin, xitam olunmuş müqavilələr üzrə geri ödəmələrin idarə olunması;
• Baş vermiş sığorta hadisələri üzrə ödənilmiş sığorta ödənişləri, azadolma və subroqasiya məbləğlərinin IMS Platformaya daxil edilməsi;
• Ödənişləri qəbul / emal edən vasitəçilər ilə mütəmadi üzləşmələrin aparılması, uyğunsuzluqların araşdırılması; 
• Ödəniş tapşırıqlarının hazırlanması və təsdiqə verilməsi;
• Mühasibat uçotuna aid olan sənədlərin bütövlüyünün və tamlığının qorunması, sənədlərin arxiv üçün hazırlanması;
• Aylıq korporativ hesabatların hazırlanmasında iştirak;
• Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində və ya digər texniki sahədə ali təhsil;
• Maliyyə sahəsində iş təcrübəsi arzu olunandır;
• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
• Azərbaycan dilinin mükəmməl, ingilis dilinin işlək səviyyədə olması:

Son müraciət tarixi: 28 fevral 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır