VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA
13 FEVRAL
2047

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

2019-02-13 09:56:00

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı Korporativ Satışlara Dəstək Departamentinin Biznesə Dəstək Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

Müştərilərə güzəştli tariflərin təyin edilməsi ilə bağlı bütün sənədləri hazırlamaq, müraciətlər üzrə reyestr aparmaq;

Korporativ müştərilər üzrə daxil olan sorğuları qəbul etmək, müvafiq qaydada araşdırmaq, cavablandırmaq və lazımi struktur orqanlarla əlaqələndirmək;

Ödəniş kartları üzrə iş prosesində iştirak etmək;

Şöbənin cari işlə bağlı digər tapşırıqlarını icra etmək və s.

Tələblər: 

Ali təhsil;

Xarici valyuta köçürmələrinə dair təlimat və qanunlar üzrə biliklər;

Yüksək ünsiyyətqurma qabiliyyəti;

Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;

Komanda tərkibində işləmə qabiliyyəti;

Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - ən azı 1 illik iş təcrübəsi;

Azərbaycan, Rus və İngilis dil bilikləri;

MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı. 

CV-lərinizi, mövzu hissəsində “Korporativ Satışlara Dəstək” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır