VAKANSİYA

"PASHA Life" işçi axtarır - VAKANSİYA
08 FEVRAL
4037

"PASHA Life" işçi axtarır - VAKANSİYA

2019-02-08 13:52:00

PASHA Life işçi axtarır 

Struktur bölmə : Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  10 fevral 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Sığorta öhdəliklərinin ( ehtiyatların ) hesablanmasında iştirak etmək;
2. Sığorta öhdəliklərinin ( ehtiyatların )  strukturunun ( müddət, valyuta və s.) və gələcək pul axınlarının mütəmadi təhlilini aparmaq;
3. Əsas sığorta risklərini müəyyən etmək, ölçmək və risk səviyyələrinə təsir edən tədbirlər planının hazırlanmasında iştirak etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb olunmur;

Təhsili/ixtisası :

İqtisadiyyat, Statistika, Riyaziyyat, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi arzu olunandır;
Dil bilikləri : Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili və rus dili biliyi üstünlükdür;

Kompüter bilikləri : MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyəli istifadə bacarıqları tələb olunur;

Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq  və ya yerli aktuar imtahanlarından uğurla keçməsi üstünlükdür;

Fərdi keyfiyyət tələbləri :

Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə,  geniş perspektiv.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career  keçidinə daxil olmaqla “Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262