VAKANSİYA

"Bakcell" işçi axtarır - VAKANSİYA
07 FEVRAL
3045

"Bakcell" işçi axtarır - VAKANSİYA

2019-02-07 21:53:00

"Bakcell" Pərakəndə satış üzrə mütəxəssis (Tovuz, Ağstafa, Qazax və Şəmkir) vəzifəsinə işçi axtarır

Yalnız Tovuz, Ağstafa, Qazax və Şəmkir regionları və ya yaxın ərazilərdə yaşayan namizədlər nəzərə alınacaqdır

Vakansiya haqqında

İdarə : Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki :Standart
İş yeri : Tovuz, Ağstafa, Qazax və Şəmkir regionları
Son müraciət tarixi : 15.02.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

*Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
*Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
*Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
*Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
*Mobil satış kampaniyalarının genişləndirilməsi  məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
*Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək  
*Yeni dilerlərdən  bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək 
*Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
*Müvafiq bazar araşdırmaları aparmaq
*Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
*Müvafiq hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil 
*Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
*Detallara diqqət yetirmə qabiliyyəti
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
*MS Office Proqramlarını bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi   [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’ (Tovuz, Ağstafa, Qazax və Şəmkir) qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259