VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
12 FEVRAL
3943

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2019-02-12 21:40:00

"Veysəloğlu Şirkətlər QrupuBazar araşdırması üzrə qrup rəhbəri vəzifəsinə işçi axtarır

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 1 il marketinq və ya bazar araşdırması sahəsində təcrübə
Təhsil: İqtisadiyyat və ya marketinq ixtisası üzrə ali təhsil
Yaş həddi: 25-35

İşin Təsviri: Bazar araşdırmalarının düzgün strategiyasının yaradılması və araşdırma nəticələrinin təhlil edilməsi.

Vəzifə öhdəlikləri:

- Sorğu formalarının təhlil edilərək hazırlanması və tabeçiliyində olan işçi qruplarının sorğuları həyata keçirməsinə nəzarət edilməsi;
- Həyata keçirilən bazar araşdırmalarından əldə edilən nəticələr barədə təqdimatları təhlil edərək rəhbərlərə təkliflərin verilməsi;
- Dequstasiyaların aparılmasında düzgün hədəf kütlənin və məkanın seçilməsi;
- Mütəmadi olaraq monitorinqlərin həyata keçirilməsi.

Tələblər:

- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinin olması;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması; 
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Microsoft Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- Ölkədaxili ezamiyyət imkanlarının olması;
- İngilis və rus dili biliyi arzuolunandır;
- Avtomobilin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını -“Bazar araşdırması üzrə qrup rəhbəri” yazıb CV göndərməklə müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262