VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA
04 FEVRAL
1669

"AccessBank" işçi axtarır - VAKANSİYA

2019-02-04 16:40:00

AccessBank işçi axtarır

Vakansiyalar

Lənkəran filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar)
Sabirabad filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala, İmişli)
Şəki filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)

Namizədə dair tələblər:

- Hüquq sahəsi üzrə ali təhsilinin olması;
- İş təcrübəsi - minimum 2 il; (bank sahəsində və məhkəmədə iş təcrübəsinin olması arzuolunandır)
- Azərbaycan Respublikası qanunlarının (Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Ailə, Əmək Məcəllələri, Banklar haqqında, İpoteka haqqında Qanun və s.) əsaslarını bilməli;
- Kargüzarlıq qaydalarının əsaslarını bilməli;
- Kompyuter bilikləri (Microsoft Office proqramları);
- Azərbaycan dilini sərbəst bilməli; (Rus və ingilis dilini bilməsi arzuolunandır)
- Ciddi, məsuliyyətli, səliqəli olmalı;
- Yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmalı;
- Sürücülük vəsiqəsinin olması arzuolunandır.

İş barədə məlumat

- Məhkəmədə, icra şöbələrində, dövlət idarələri və digər təşkilatlarda bankı təmsil etmək, onun hüquq və mənafelərini müdafiə etmək;
- Məhkəmələrə Bankın adından ərizələr və iddia ərizələri, iddialara etirazlar, sorğular, vəsatətlər və apellyasiya şikayətləri hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq;
- Məhkəmə qərarlarının icraya yönəldilməsinin təmin edilməsi və icra sənədinin icrası zamanı bankın əleyhinə qəbul edilmiş qərarlardan şikayətlərin hazırlanması;
- Rəhbərliyin verdiyi digər hüquqi xarakterli iş tapşırıqların icrası.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262