VAKANSİYA

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA
13 YANVAR
1933

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA

2019-01-13 01:09:00

Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis

Öhdəliklər:

  Bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması
  Cəlb edilmiş partnyorlarla əməkdaşlığı gücləndirmək
  Bankın məhsul və xidmətlərinin partnyorlar arasında təbliğatını təmin etmək
  Potensial dövlət, özəl müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatların keçirilməsi
  Partnyorların ehtiyaclarını müəyyən etmək və müvafiq məhsul / xidmətlər təklif etmək
  Rəhbərliyə hesabatlar təqdim etmək

Tələblər:

  Ali təhsil
  Azərbaycan, rus dillərini mükəmməl bilməli. Ingilis dilini bilmək arzu olunandır
  MS Excell və MS Word işləmək bacarığı
  Yüksək ünsiyyət və müzakirə bacarığı
  Təqdimat bacarığı
  Bank və sığorta sahələrində (satış üzrə) çalışmış əməkdaşlara üstünlük verilir

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis) qeyd edərək, [email protected]  elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264