VAKANSİYA

Milli Depozit Mərkəzində vakansiyalar
10 YANVAR
3614

Milli Depozit Mərkəzində vakansiyalar

2019-01-10 11:24:00

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi vakansiyalar elan edir. 

1.Biznesin inkişafı şöbəsi

Vəzifəyə olan tələblər:

-Ali təhsil (iqtisadiyyat və ya idarəetmə üzrə);

-Maliyyə bazarları sahəsində strateji araşdırmalar və tədqiqatlar üzrə iş təcrübəsi;

-Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı;

-Ofis proqramlarında işləmə bacarığı;

-Kollektivdə ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

-Qiymətli kağızlar bazarı üzrə təcrübələrin araşdırılması və müvafiq inkişaf xarakterli təkliflərin hazırlanması;

-Təşkilatın inkişaf strategiyası layihəsinin hazırlanması;

-Fond bazarında fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar ilə işgüzar əlaqələrin yaradılması;

-Təşkilatın fəaliyyətinin analitik təhlili, analitik və dövri statistik hesabatların tərtib edilməsi;

-Təşkilatın ictimaiyyətlə əlaqələrinin idarə edilməsi və KİV-də təşkilatı fəaliyyətin işıqlandırılmasının təmin edilməsi ;

-Təşkilatın fəaliyyətinə dair dövrü analitik məqalə və təqdimatların hazırlanması;

CV ilə [email protected] ünvanına müraciət olunmalıdır.


2.Risklərin idarə edilməsi Şöbəsi

Vəzifəyə olan tələblər:

- Ali təhsil;

- Risk menecment, komplayns və ya audit sahəsində iş təcrübəsi;

- Mülki Məcəllə, Vergi məcəlləsi, Qiymətli kağızlar bazarı, Maliyyə monitorinqi,

mühasibatlıq üzrə müvafiq qanunvericilikdən məlumatlı olmaq;

- Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı;

- Ofis proqramlarında işləmə bacarığı;

- Kollektivdə ünsiyyət qurmaq bacarığı. 

Vəzifə Öhdəlikləri:

- Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə risk amillərinin müəyyən edilməsi və bu amillər üzrə dövrü yoxlamaların aparılması;

- Yoxlamalar zamanı aşkar edilmiş şübhəli əməliyyatlar üzrə hesabatların hazırlanması, nöqsan və çatışmazlıq barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;

- Risklərin müəyyənləşdirilməsi məqsədilə təsnifləşdirilməsi, risk xəritəsinin

tərtib edilməsi və aşkar edilmiş risklərin reyestrinin aparılması;

- Təşkilat daxilində aparılan hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyələrin verilməsi;

‒ Dövlətlər və müştərilər üzrə risk seqmentlərinin ayrılmasına dair təlimatın hazırlanması;

CV ilə [email protected] ünvanına müraciət olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271