VAKANSİYA

«Atəşgah» Sığorta işçi axtarır - VAKANSİYA
10 YANVAR
2120

«Atəşgah» Sığorta işçi axtarır - VAKANSİYA

2019-01-10 09:53:00

«Atəşgah» Sığorta Proqramçı vəzifəsinə işçi axtarır 

Namizədə tələblər

• Yaş həddi : 22-35
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 3  il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), Rus (arzuolunandır), İngilis dili ( arzuolunandır )
• GİT ilə iş təcrübəsi olana üstünlük verilir
• TFS ilə iş təcrübəsi olana üstünlük verilir
• MS SQL ilə baza ilə işləmə bacarığı
• HTML, CSS və JavaScript işləmə təcrübəsi olana üstünlük verilir ( bootstrap və oxşar)
• Proqram təminatı quruluşunun əsas texnologiyaları və proqram komplekslərinin quruluşunu
• Windows ailəsinin əməliyyat sistemlərinin ekspert istifadəçi səviyyəsini;
• Proqramlaşdırmanın prinsiplərini
• C# proqramlaşdırma dilini  
• MVC 5, .net Framework 4.5+ və  Entity Framework ilə işləmə bacarığı
• Avtomatlaşdırılmış test və səhvlərin qeydiyyatı üçün xüsusi proqram təminatını
• Texniki sənədləşdirmənin aparılması/formalaşdırılması qaydalarını
• Şirkətin daxili əmək nizamının qaydalarını
• Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını

Vəzifə öhdəlikləri

• Mövcud proqramda gələcək arxitektural və sturktur dəyişikliklərini optimal şəkildə həyata keçirmək 
• Aparıcı və Baş proqramçılarla , proyekt menegeri və tester ilə işləmək
• Proqramların fəaliyyətini analiz etmək və performansı artırmaq üçün tədbirlər fikirləşmək
• “TFS” sistemi üzərindən müraciətləri qəbul etmək, işləmək və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək
• Proqram təminatını yaratmaq
• Proqram təminatında dəyişikliklər etmək
• Proqram təminatında çıxan problemləri həll etmək
• Proqram təminatında ilkin testləri aparmaq
• Texniki sənədi təhlil etmək, yazmaq və ya  dəyişdirmək
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı  müsahibə əsnasında bildiriləcək

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected]  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqramçı”  qeyd etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271