VAKANSİYA

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA
09 YANVAR
2103

"Nikoil Bank" işçi axtarır - VAKANSİYA

2019-01-09 10:33:00

"Nikoil Bank" Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi vəzifəsinə işçi axtarır

Öhdəliklər:

• Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
• Potensial dövlət,özəl müəssisələrin əməkdaşları ilə görüş,təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
• Pərakəndə bazarı araşdırmaq,rəqib banklar,yeni məhsullar haqqında məlumatın toplanması və uyğun yeni təkliflərin verilməsi;
• Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
• Mövcud məhsul və xidmət şərtlərininin bazara uyğunluğunu ölçmək,müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
• Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;

Tələblər:

•  Yaş həddi: 19 -25;
•  Ali təhsil (Marketinq,İqtisadiyyat,Menecment);
•  Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
•  MS Office məhsulları üzrə bilik;
•  Bank sektorunda kariyera qurmağa həvəsli;
•  Satış taktikalarına bələd olmalı,yaradıcı və operativ olmalı;
•  Yüksək analitik düşünmə qabiliyyəti;
•  Yüksək ünsiyyət qurma qabiliyyəti;
•  Komandada işləmək bacarığı olmalı;
•  Yüksək etibarlı,təmkinli,etik olmalı;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263