VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
07 YANVAR
3178

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2019-01-07 23:15:00

"Veysəloğlu Şirkətlər Qrupu" - İT texnik (Helpdesk) vəzifəsi üzrə işçi axtarır

İş yeri: Sabirabad rayonu
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət.

Vəzifə öhdəlikləri:

- İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət;
- “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
- İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması.

Tələblər:

- Windows XP/WIN7/WIN8.1/WIN10;
- WIN server 2003/ 2008 R2 / 2012 R2/ 2016 idarə edilməsi, Active Directory, DNS, DHCP server, Routing and remote access, NAT, VPN, DHCP relay agent, Web server idarə edilməsi bacarığı olanlara üstünlük veriləcək;
- Kabellərin sonlandırılmasını bilməli (Fiber optik kabellərlə iş bacarığı olanlara üstünlük verilir);
- Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
- Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
- Rack kabinlərin yığılmasını bacarmalı;
- Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı; 
- Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
- Backup texnologiyaları biliyi olmalı;
- Şəxsi avtomobilin olması mütləqdir (istifadəçiyə ərazidə dəstək vermək üçün tələb olunur).

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT texnik (Helpdesk)-Sabirabad” yazıb göndərməklə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266