VAKANSİYA

"Bank Respublika" işçi axtarır - VAKANSİYA
05 YANVAR
1566

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

2019-01-05 20:58:00

Bank Respublika ASC IT Departamentinin İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə qarşı tələblər:

  •          Ali təhsil (aidiyyatı sahə üzrə);
  •          Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  •          Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (yaxşı);
  •          Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
  •          Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  •          Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  •          Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:

  •          Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
  •          Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
  •          Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
  •          Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
  •          Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Sizə nə təklif edirik? 

  •          Əlverişli iş mühitində çalışmaq imkanı;
  •          Karyera və inkişaf perspektivləri;
  •          Rəqabətli əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

  •          Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  •          Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254