VAKANSİYA

"Expressbank" işçi axtarır - VAKANSİYA
25 DEKABR 2018
2197

"Expressbank" işçi axtarır - VAKANSİYA

2018-12-25 20:51:00

"Expressbank" Biznesin inkişafı departamenti/Direktor vəzifəsinə işçi axtarır

Əsas vəzifə öhdəlikləri:

-Bankın strateji planının hazırlanmasında iştirak edir və icrasına nəzarəti həyata keçirir;

-Marketinq strategiyasının müəyyən edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə görülən işlərin effektivliyinin ölçülməsini təmin edir;

-Reklam, PR və Brend menecment işini təşkil edir;

-Rəhbərlik etdiyi sahə üzrə müəyyən edilmiş büdcə planının icrasına nəzarəti həyata keçirir;

-Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir;

-Biznes proseslərin monitorinqini və optimallaşdırmasını təmin edir;

-Məlumat mərkəzinin işinə nəzarət edir;

-Bankın strateji inkişafı ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.

Tələblər:

– Ali təhsil;
– Analoji sahədə minimum 5 il iş təcrübəsi;

– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili arzu olunandır;

– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;

– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

 

Biz sizə nələr təklif edirik:

 

– Ölkənin aparıcı banklarının birində iş;

– Peşəkar və maddi inkişaf perspektivləri;

– Əmək haqqı müsahibə zamanı fərdi qaydada müzakirə olunur.

CV GÖNDƏRMƏK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256