VAKANSİYA

"Express Bank" işçi axtarır - VAKANSİYA
18 DEKABR 2018
2135

"Express Bank" işçi axtarır - VAKANSİYA

2018-12-18 20:53:00

 "Express Bank" Biznesin inkişafı departamenti/Direktor vəzifəsinə işçi axtarır 

Əsas vəzifə öhdəlikləri:

- Bankın strateji planının hazırlanmasında iştirak edir və icrasına nəzarəti həyata keçirir;
- Marketinq strategiyasının müəyyən edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə görülən işlərin effektivliyinin ölçülməsini təmin edir;
- Reklam, PR və Brend menecment işini təşkil edir;
- Rəhbərlik etdiyi sahə üzrə müəyyən edilmiş büdcə planının icrasına nəzarəti həyata keçirir;
- Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət edir;
- Biznes proseslərin monitorinqini və optimallaşdırmasını təmin edir;
- Məlumat mərkəzinin işinə nəzarət edir;
- Bankın strateji inkişafı ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.

Tələblər:

- Ali təhsil;
- Analoji sahədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili arzu olunandır;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Biz sizə nələr təklif edirik:

- Ölkənin aparıcı banklarının birində iş;
- Peşəkar və maddi inkişaf perspektivləri;
- Əmək haqqı müsahibə zamanı fərdi qaydada müzakirə olunur.

E - mail : [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264